<?xml version="1.0" encoding="UTF-8"?><song><lyrics>[V1]
 Ey günahlı insan, həyat almaqçün
 Əbədi Ruh sənin günahın açar.
 Ona qarşı durma, qəbul et, yubanma,
 Yoxsa Müqəddəs Ruh əbədi susar.

[C1]
   Müqəddəs Ruh səni azad edər,
   Müqəddəs Ruh sənə həyat verər.

[V2]
 Padşahlıq varisi, sağın günahdan,
 Sülh əksik olmasın qoy həyatından.
 Müqəddəs Ruhunu kədərləndirmə,
 İzzət, şərəf gətir müəlliminə.

[C2]
   Müqəddəs Ruh sənə qüvvət verər,
   Müqəddəs Ruh sənə kömək edər.

[V3]
 Məbədin qüsurlu, napak olubsa,
 Gözəlliyi solub və tozlanıbsa,
 Müqəddəs Ruhunu dinlə, azad ol,
 Artsın məhəbbətin, yenə nurlu ol!

[C3]
   Müqəddəs Ruh məbədin bərpa edər,
   Müqəddəs Ruh yenidən həyat verər.</lyrics>
<title>Ey günahlı insan, həyat almaqçün İL201</title>
<hymn_number>201</hymn_number>
</song>